Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev şəhid Məmmədli Namiq Ağamməd oğlunun ildönümü mərasimində iştirak etmişdir

15 sentyabr 2023 | 16:22
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri 2022-ci il 13-15 sentyabr tarixlərində Erməni təxribatı zamanı şəhid olmuş Məmmədli Namiq Ağamməd oğlunun birinci ildönümü mərasimində iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Rayon rəhbəri dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etmiş, ailənin qayğı və problemləri ilə maraqlanmışdır.
Xatırladaq ki, şəhid Məmmədli Namiq Ağamməd oğlu 02.05.1996-cı ildə Bərdə rayon Mehdili kəndində anadan olub. 2022-ci il sentyabr ayının 12-14 tarixlərində düşmənin törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Məmmədli Namiq Ağamməd oğlu “Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə", 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və Türkiyə Respublikasında keçirilən təlimlərdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalları ilə təltif edilmişdir.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər