Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bərdə rayonunun Yeni Daşkənd kəndində l Qarabağ müharibəsində şəhadətə ucalan şəhid Kərimov Yasif Fəzi oğlunun 50 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir

03 mart 2023 | 16:53
Tədbirdə Bərdə RİHB aparatının, SHXÇDX- in məsul əməkdaşları, kənd ictimaiyyəti, şəhid ailələri, qazilər və şəhidin döyüş yoldaşları iştirak etmişlər. İlk olaraq kənd ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə ziyarət olunub, sonra şəhidin adına hazırlanmış ehsan süfrəsi arxasında tədbir davam etmişdir. Tədbirdə çıxış edənlər vətənin mərd qəhrəman oğullarının keçdiyi döyüş və qəhrəmanlıq yolundan danışmışlar.
Qeyd edək ki, Yasif Kərimov 1 mart 1973- cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildə Vətən torpaqlarının düşmən tərəfindən işğal olunmasına qarşı gedən döyüşlərdə iştirak edib. Yasif Kərimov 22 avqust 1992-ci ildə Ağdərə rayonu Drombon kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
Şəhid Yasif Kərimovun təhsil aldığı Yeni Daşkənd kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin girişində şəhidin büstü ucaldılmışdır.
Allahdan şəhidlərimizə rəhmət diləyirik!
Keçidlər