Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bərdədə Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hüseynov Adil Namiq oğlunun doğum günü qeyd olunub.

30 may 2023 | 17:03
Tədbirində Bərdə rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və məktəblilər iştirak etmişlər. Öncə şəhidin adına inşa olunan abidə bulaq kompleksi, sonra məzarı ziyarət olunaraq üzərinə tər çiçək dəstələri düzülmüşdür. Şəhidin məzarı başında çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgərinin şücaəti nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından və bu gün həmin ərazilərdə görülən işlərdən danışmışlar.
Adil Hüseynov 1995-ci il 30 may tarixində Bərdə rayon Körpüsındıran kəndində anadan olub. Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Adil Namiq oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur doyüşçü" medalları ilə təltif olunmuşdur.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər