Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Rzayev Ceyhun İsmayıl oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib

18 sentyabr 2023 | 08:41
Şəhid Rzayev Ceyhun İsmayıl oğlu 16.09.1994-cu ildə Bərdə şəhərində anadan olub. O, 2020-ci ilin sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl və Şuşanın azad edilməsində iştirak etmiş və Şuşa istiqamətində şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə çavuş Rzayev Ceyhun İsmayıl oğlu ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmişdir.
Allah rəhmət etsin!
Keçidlər