Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən muharibəsində şücaət və qəhrəmanlıq göstərərək şəhadətə ucalan şəhidimiz Yaqubov Yaqub İlham oğlunun ikinci ildönümü mərasimi keçirilmişdir

22 noyabr 2022 | 15:14
Mərasimdə Bərdə RİHB aparatının nümayəndələri, SHXÇDX-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti və məktəblilər iştirak etmişlər.
Öncə şəhidimizin məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Tədbir iştirakçıları qəhrəman Azərbaycan əsgərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazandığı qələbələrdən, döyüş yollarından bəhs etmişlər.
Şəhid Yaqub Yaqubov 01.06.1997-ci il tarixində Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücum əməliyyatı zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Əsgər Yaqubov Yaqub İlham oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allahdan şəhidimizə rəhmət diləyirik!
Keçidlər