Şriftin ölçüsü :

Saytın rəngi :

Çələbilər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

27 iyun 2022 | 13:07

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmuniyyətina nail olmaq  olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Samuxlu kəınd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Çələbilər kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Çələbilər və Nifçi kəndləri qazlaşdırılıb, Nifçi kəndində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi üçün sutəmizləyici qurğu quraşdırılmış, küçələrdə 7 bulaq quraşdırılmış, Çələbilər kəndində yeni yaşayış məhəlləsində evlərə içməli su çəkilmiş və sayğaclaşdırılmış, Çələbilər kəndinin mərkəzindəki köhnə ambar binası təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilmiş, Çələbilər kəndində olan Qobu çayında  baş verə biləcək daşqınların qarşısının alınması üçün 1 km qobu lildən təmizlənmiş, Çələbilər və Niftçi kəndlərinin əkin sahələrini suvarmaq üçün 5 km baş arx lildən təmizlənmiş, Nifçi kəndində pay torpaqlarına keçmək üçün açıq dren kanal üzərində 1 ədəd körpü tikilmiş, Çələbilər və Nifçi kəndlərində daxili yollar qum-çınqılla təmir edilib, Çələbilər kəndinə sürətli internet verilmişdir.

Son illər ərazidə inzibati ərazi dairəsində 2000  ədəd, o cümlədən xaricdən gətirilmiş 500 ədəd yeni çəkil tingi əkilmişdir.

2021-ci ildə ərazidə 74 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 259 ton pambıq, 1 kümçü tərəfindən 8  qutu ipək qurdu  bəslənilmiş, hər qutudan 40,5 kq olmaqla 324 kq barama istehsal edilmiş, ərazidə  500 ədəd çəkil tingi əkilmişdir.

2022-ci ildə 42 hektar sahədə pambıq əkilmiş, artıq 2-ci becermə aparılır, 1 kümçü tərəfindən  8 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 34 kq olmaqla 278 kq barama istehsal edilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Çələbilər kənd sakinləri, Nəhayət Əzizova kəndin ümumi istifadədə örüş yerinin olmaması, Vüqar Əzizov suvarma suyunun az olması, Fehruz Mirzəyev içməli suyun az olması, Orxan Səlimov şəkər xəstəsi kimi qeydə alınması və dərman pereparatları ilə təmin olunması, Elməddin Hüseynov  icarəsinə torpaq sahəsi verilməsi, Səməndər Səlimov Kür çayı sahilində olan pay torpağının şoranlaşması ilə əlaqədar həmin torpağın digər torpaqla əvəz edilməsi və ailəsinə maddi yardım göstərilməsi, Niftçi kənd sakinləri, Elçin Məmmədov evinə internet və icarəsinə torpaq sahəsi verilməsi, Asəf Musayev icarəsinə torpaq sahəsi verilməsi barədə müraciət etmişlər.

Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər