Şriftin ölçüsü :

Saytın rəngi :

Cəyirli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

23 avqust 2022 | 15:00
 
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Cəyirli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Cəyirli kəndi qazlaşdırılıb, kənddaxili 4 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zolaqları yaradılıb. (1,0 km səki tikilmiş, 1 km bardyor düzülmüş, 56 gecə işıqlandırılma dirəyi basdırılmışdır), kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlıq hasara alınmış, mərasimlər üçün talvar tikilmiş, içməli su çəkilmiş, 20 yanvar, Şəhidlər xiyabanı təmir olunmuş, Vətən müharibəsinin şəhidlərinin şəkilləri xiyabanda quraşdırılmış, müasir memarlıq üslubunda tarla düşərgəsi tikilmiş, magistral avtomobil yollarının kənarlarında 2 yeni yanacaqdoldurma məntəqəsi tikilib, kəndin ərazisində 5 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub.
2021-ci ildə 110 hektar sahədə pambıq əkilmiş, hər hektardan 31 sentner olmaqla 341 ton pambıq istehsal edilmişdir. 1 kümçü tərəfindən 6 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 45 kq olmaqla 270 kq barama istehsal edilmişdir.
2022-ci ildə 130 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 1 nəfər kümçü 5 qutu ipək qurdu bəsləmiş, 210 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Cəyirli kənd sakinləri Nizami Cəfərov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan subartezian quyusunun yanmış dərinlik nasosunun təmir edilməsi, Lilpar Cəfərova ona məxsus çörəkbişirmə sexinin yaxınlığına məişət tullantıları üçün konteyner qoyulması, Nurəddin Məmmədov nəqliyyat vasitəsinin vurub istifadəyə yararsız vəziyyətə saldığı avtobus dayanacağının yenisi ilə əvəz edilməsi, Bərdə-Yevlax magistral avtomobil yolunda olan radarın işləməməsi, Səxavət Məmmədov kəndin ərazisindən keçən “Ləzgi” arxının lildən təmizlənməsi, Həsən Quliyev kəndin təzə məhlələr adlanan hissəsində olan 15 fərdi yaşayış evinin qazlaşdırılması, Mobil Rəhimov Vətən müharibəsi iştirakçısı olan 2 oğlunun işlə təmin edilməsi, Taleh Nuriyev həyətyanı torpaq sahəsinin koordinatlarının verilməsi, Əzizə Ədilova icarəsinə torpaq sahəsi verilməsi, evinin dam örtüyünün təmir edilməsi, Kifayət Ədilova evinə gələn internetin sürətinin artırılması və Ruslan Əlizadə işlə təmin edilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər