Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
03 iyun 2025 | 11:13
İki gün ərzində nazir 397 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 328 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısıdır.