Şriftin ölçüsü :

Saytın rəngi :

Divanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

26 oktyabr 2022 | 13:28
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Divanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Divanlı kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub, abonentlərə SMART tipli sayğaclar quraşdırılıb, 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, 2 km küçəsi asfaltlaşdırılıb, kənddə olan 6 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, kəndin ərazisində rayon Təhsil şöbəsinin və Dövlət Aqrar Mərkəzinin inzibati binaları tikilib, magistral yolda Divanlı dairəsi yenidən qurulub, Divanlı kəndlərində fərdi yaşayış evində fəaliyyət göstərən tibb məntəqəsi bina ilə təmin edilib, kəndinin magistral yoldan ayrılan yoluna gecə işıqlandırılması verilib, kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlıq hasara alınmış, mərasimlər üçün talvar tikilmiş, içməli su çəkilib, suvarma suyu üçün 1 ədəd subartezian quyusu qazılıb, yeni GPON sitemi ilə rabitə şəbəkəsi tikilib və hazırda kəndin bir hissəsi həmin xidmətlə təmin edilib.
2021-ci ildə 40 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 120 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, hər qutudan 40,6 kq olmaqla 325 kq barama təhvil verilmiş, 2022-ci ildə 66 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri aparılır, 1 kümçü tərəfindən 2 qutu ipək qurdu bəslənmiş, hər qutudan 42,5 kq olmaqla 85 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Divanlı kənd sakinləri Oqtay Ağayev Divanlı kəndində “Tələbə yeri” adlanan ərazidə suvarma suyu üçün bir ədəd subartezian quyusunun qazılması, Zərifə Əsədova Divanlı kəndinin “11 hektar” adlanan ərazisində özünə məxsus 5 hektar əkin sahəsinin suvarılmasında çətinlik çəkdiyi, Elşad Əliyev Birinci Qarabağ müharibəsi şəhidi olan qardaşının uçmuş məzar daşının bərpa edilməsi, Əli Zülfüqarov Zümürxan və Divanlı kəndlərinin arasında olan 65 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən qaynama su mənbəyinin lildən təmizlənməsi , Vəfadar Allahverdiyev sərnişin daşıma marşurutunun hərəkət qrafikinin sıxlaşdırılması, yaşadığı küçədə qaz xəttinin evinədək uzadılması, yeni tikdirdiyi evə internet əlaqəsi verilməsi, Gərənə kənd sakini Çingiz Teymurov
Kəndin “Ağ yer” adlanan ərazisində 90 hektar sahənin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Cəyirli kəndində yaşayan Ağdam rayon sakini Nizami Quliyev kəndin “Ferma yolu adlanan” ərazidə müvəqqəti məskunlaşmış digər rayonların sakinlərini elektrik enerjisi ilə təmin etmək üçün 1 ədəd yeni transformator verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər