Şriftin ölçüsü :

Saytın rəngi :

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi filialında “Aybəniz İsaqovanın sənət parıltısı” adlı sərgi keçirilib

02 aprel 2026 | 11:46

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, YAP Bərdə rayon təşkliatının sədri Fəqət Şadlinskaya, Bərdə RİHB-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova və başqa dövlət qurumlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Sərgidə filialın təlimçisi Aybəniz İsaqovanın benefisiarları ilə birlikdə hazırladığı 50-dən çox əl işi nümayiş olunub. Qonaqlar sərgi ilə yaxından tanış olaraq təqdim edilən əl işlərini maraqla izləyiblər.

Sərgi çərçivəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.

Keçidlər