DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən həssas qruplardan olan şəxslər üçün açıq havada kino nümayişi keçirilib.
27 avqust 2025 | 17:44
Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları Bərdə şəhərindəki Heydər Əliyev adına parkda “Arşın mal alan” filmini izləyiblər.
Filmin nümayişində Qarabağ “DOST Evi” şöbəsinin benefisiarları ilə yanaşı, onların valideynləri, həmçinin Bərdə Günərzi Qayğı Mərkəzində xidmətlərdən yararlanan uşaqlar və valideynləri, QHT nümayəndələri, şəhid ailələri üzvləri iştirak ediblər.






