DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı, eləcə də Bərdə Rayon İcra Hakimiyyətinin iştirakı ilə “Hər kəs üçün sənət” adlı sərgi keçirilib
25 fevral 2026 | 11:26
Bərdə regional “ASAN xidmət” mərkəzində təşkil olunan sərgidə Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı, mərkəzin direktoru İlahə Quliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, eləcə də rayonda fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sərgidə filialın təlimçisi İbrahim Eyyublunun və təsviri incəsənət istiqaməti üzrə təlim alan benefisiarların əl işləri nümayiş etdirilib. Müəlliflər təqdim olunan əsərlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.






