Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəblər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

17 oktyabr 2023 | 17:11
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Ərəblər kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 3 km yollar qum-çınqılla əsaslı təmir edilib, kənddə köhnə məktəbə yaxın hissədə yeni 96 yerlik modul tipli müasir məktəb tikilmiş, kənddaxili 10 km suvarma arxları və drenajlar lildən təmizlənmişdir.
2022-ci ildə 60 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 180 ton pambıq istehsal edilmişdir. 2 kümçü tərəfindən 7 qutu ipək qurdu bəslənmiş, 300 kq barama istehsal edilmişdir. 2023-cü ildə 60 hektar sahədə pambıq əkilib, hazırda yığıma hazırlıq işləri gedir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Zabil Məmmədov Qaraqoyunlu-Ərəblər kəndlərarası 4 km uzunluqda yolun asfaltlaşdırılması və kəndin internet ilə təminatının yaxşılaşdırılması, Antiterror əməliyyatlarının şəhidi Həmidov Şamxal Musa oğlunun babası Əli Abdullayev Ərəblər kənd qəbirstanlığına elektrik xəttinin çəkilməsi və ərazinin işıqlandırılması, Cümşüd Qasımov kəndin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün elektrik şəbəkəsinin yenidən qurulması, Şakir Rəhimov ailəsinin maddi vəziyyətinin çətin olduğu üçün uzun müddətdir yataq xəstəsi olan həyat yoldaşının müalicə xərclərinə köməklik göstərilməsi, Müslüm Hüseynov kəndin ərazisində yolun kənarında yerləşən əkin sahəsindən keçən 10 Kv-luq elektrik xəttinin yerinin dəyişdirilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər