Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndində törədilmiş terror hadisəsindən 2 il ötür.
27 oktyabr 2022 | 10:27
2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından xeyli uzaqda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.
Bu terror hücumu nəticəsində Qarayusifli kəndinin dinc sakinlərindən 5 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.