Əyricə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Əyricə kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Əyricə kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsinin təqribən 50 faizi yenidən qurulub, 6,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 2 km baş yol asfaltlaşdırılıb, Əyricə kəndi ilə Yeni Əyricə kəndlərini birləşdirən yolun Tərtər çayı üzərindən keçən hissəsində körpü tikilib, kəndin ərazisindən keçən açıq dren kanalın 2 km hissəsi lildən təmizlənib, kənddə 3 şəhid bulağı inşa edilib, kənd tam orta məktəbinə 1,5 km məsafədən içməli su çəkilib, hazırda GPON yeni rabitə sistemi tikilir.
2021-ci ildə 70 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 245 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, hər qutudan 31 kq olmaqla 248 kq barama təhvil verilmiş, 2022-ci ildə 63 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımı aparılır, 2 kümçü tərəfindən 8 qutu ipək qurdu bəslənmiş, hər qutudan 32 kq olmaqla 256 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Əyricə kənd sakinləri Fəxrəddin Qasımov Əyricə kənd tam orta məktəbinin və məktəbin hasarının təmiri, Savalan Hüseynov ümumi istifadədə olan örüş torpağının kənarında istinad xəndəyinin qazılmasının işinin başa çatmaması, Məhəmməd Hüseynov elektrik xətlərinin mühafizə zonasında olan ağaclara görə elektrik enerjisi ilə təminatda fasilələrin yaranması, Fikrət Mürşüdov pay torpağının yanında olan su qapısında suyun sıxılması nəticəsində torpağının şoranlaşması, Rafiq Məmmədov kənd qəbirstanlığının yaxınlığında olan dren kanalın 700 metr hissəsinin lildən təmizlənməsi, Telman Hüseynov kəndin ərazində olan təpəni hamarlayıb heyvandarlıq üçün istifadə etməsinə icazə verilməsi, Vidadi Kərimov torpaq islahatı zamanı 0,38 hektar torpağının verilməməsi, Telman Quliyev icarəsinə torpaq sahəsi verilməsi, Malik Məmmədov birinci Qarabağ müharibəsinin iştirakçısı olmasına baxmayaraq müharibə veteranı statusunun verilməməsi, İlyas Quliyev həyətyanı torpaq sahəsi verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.