Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşəbbüsü ilə Bərdə rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
16 dekabr 2022 | 08:55
Tədbirlərdə FHN Qarabağ Regional Mərkəzinin, rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətinin müşavirədə çıxış edən məsul şəxsi tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Həmçinin, Qarabağ Regional Mərkəzinin əməkdaşları rayonun ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat veriblər.