Şriftin ölçüsü :

Saytın rəngi :

Gərənə kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

09 iyul 2022 | 08:25
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Gərənə kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Gərənə kəndi qazlaşdırılıb, kəndin 0,4 KV-luq elektrik şəbəkəsinin təqribən 50 faizi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, abonentlər SMART tipli sayğaclarla təmin olunub, 17 km uzunluqda kənddaxili yollar qum-çınqılla təmir olunub, 1,5 km kəndin baş yolu asfaltlaşdırılıb, sakinlərinin içməli su ilə təminatı üçün su qülləsi quraşdırılb, şəbəkə tikilib, küçələrdə 11 bulaq inşa edilib, kəndin baş yolunda müasir memarlıq üslubunda giriş qapısı tikilmiş, 250 metr səki inşa edilmiş, gecə işıqlandırılması verilmiş, kənd qəbirstanlığı abadlaşdırılmış, qəbirstanlıq hasara alınmış, mərasimlər üçün talvar tikilmiş, içməli su çəkilmiş, suvarma suyu üçün 2 ədəd subartezian quyusu bərpa edilmiş, kəndin ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılmış, ərazidə yaşıllıq zolağı salınmış, mövcud xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulmuşdur.
2021-ci ildə ərazidə 83 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 249 ton pambıq, 1 kümçü tərəfindən 8 qutu ipək qurdu bəslənilənərək 245 kq barama istehsal edilmişdir.
2022-ci ildə 86 hektar sahədə pambıq əkilmiş, artıq 2-ci becərmə aparılır, 2 kümçü tərəfindən 10 qutu ipək qurdu bəslənilərək 150 kq barama istehsal edilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Gərənə kənd sakinləri Firdovsi Orucov 0,4 kv-luq elektrik şəbəkəsində qəzalı vəziyyətdə olan 10 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Şərqiyyə Əhmədova pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Şirin Ağayev həyətyanı torpaq sahəsi verilməsi, Vaqif Cəfərov “Ağ yer” adlanan ərazidə 3 hektar əkininin suvarılmasına köməklik göstərilməsi, 300 metr təsərrüfat yolunun genişləndirilməsi, Rəhim Cavadov Bala Ərəıblər kəndi ərazisində su arxının paylayıcı qapısının kilidinin naməlum şəxs tərəfindən qırılması, Eldar Bərxudarov mülki sürücü şəxs kimi Vətən müharibəsində iştirak edərkən ayağının qırılması ilə əlaqədar əlillik dərəcəsi verilməsi, Vüqar Həsənov yonca sahəsinin suvarılmasına köməklik göstərilməsi, Aynurə Cəfərova analığı tərəfindən atasının zorakılığa məruz qalıb ölməsi barədə şikayətinə baxılmaması barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər