Şriftin ölçüsü :

Saytın rəngi :

Gülgəzli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

14 iyul 2023 | 18:10

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Gülgəzli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illərdə kənd qazlaşdırılıb, kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib,  Gülgəzli  kəndinin sakinlərinin də istifadə etdiyi  kəndlərarası 15,5 km avtomobil yolu tikilib və asfaltlaşdırılıb, kənd qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 2.4 km hasar tikilmiş, 2 darvaza əsaslı təmir edilmiş, 1 talvar tikilmiş, kol və alaq otlarından təmizlənmişdir. Kənddə 1 ədəd su qülləsi quraşdırılmış, evlərə su çəkilmiş, 1 km açıq dren-kanal, 0.5 km su arxları lildən təmizlənmişdir.

2022-ci ildə kənddə 6 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hər hektardan 40 sentner olmaqla 24 ton pambıq təhvil verilmişdir. 2 nəfər kümçü 12 qutu barama götürüb saxlamış, hər qutudan 30 kq olmaqla 360 kq barama istehsal edilmişdir. 2023-cü ildə 2,5 hektar sahədə pambıq əkilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İnzibati ərazi dairəsinin Gülgəzli kənd sakinləri, Camal Əhmədov Gülgəzli kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması və İnzibati ərazi dairəsinin Kolayır kəndi ilə rayonun Böyük Göyüşlü kəndini birləşdirən 3 km uzunluqda  kəndlərarası yolun qreyderlə hamarlanması, Elbrus Ağayev kəndin içməli su ilə təminatında çətinlik yarandığı üçün 1 ədəd yeni artezian quyusunun qazılması, Dilbər Behbudova özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən 0,4 kV-luq elektrik xəttinin bağlandığı 1 ədəd dirəyin qəzalı olduğu üçün yenisi ilə əvəz olunması, Tapdıq Məmmədov kəndin 8 fərdi yaşayış evindən ibarət məhəlləsinə Mollaisalar-Sərkarlar avtomobil yolundan  80 metr məsafədə yeni yol çəkilməsi, Vətən müharibəsinin 2-ci qrup əlili Babaxanov Ayxan Məmməd oğlunun anası Nəcibə Babaxanova istifadəsinə əkinə yararlı torpaq sahəsinin verilməsi,  Altay Bayramov Vətən müharibəsinin iştirakçısı olan oğluna Dövlət Məşğulluq Xidməti tərəfindən çilingər avadanlığı verilməsi, Mürsəl Hüseynov kəndin 11 fərdi yaşayış evindən ibarət məhəlləsinə çəkilmiş 450 metr məsafədə 0,4 KV-luq elektrik hava xəttinin qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunması,  Sərkarlar kənd sakinləri, Vətən müharibəsinin 1-ci qrup əlili Tural Əsədzadə müalicə xərclərinin qarşılanması üçün maddi yardım edilməsi, Elvin Məmmədov yeni tikdirdiyi fərdi yaşayış evinə təbii qaz çəkilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Keçidlər