Güloğlular kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Güloğlular kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Güloğlular kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub, abonentlərə SMART tipli sayğaclar quraşdırılıb, ümumi uzunluğu 5 km olan 3 küçə asvalt-betonla tikilib, kənddaxili 6 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, ərazidəki 10 xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, bir ədəd subartezian quyusu qazılıb, 250 şagird yerlik müasir üslubda yeni məktəb binası tikilib, hazırda GPON texnologiyası əsasında rabitə şəbəkəsinin tikintisi başa çatmaq üzrədir.
2021-ci ildə 40 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 120 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, hər qutudan 40,6 kq olmaqla 325 kq barama təhvil verilmiş, 2022-ci ildə 30 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanmış, hazırda pambıq yığımına hazırlıq işləri gedir, 1 kümçü 2 qutu ipək qurdu bəsləmiş, hər qutudan 42,5 kq olmaqla 85 kq barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Güloğlular kənd sakinləri Maqsud Behbudov içməli su üçün bir ədəd artezian quyusunun qazılması, Bərdə rayonunun loqosunun arxasında olan yolda piyadaların hərəkəti üçün şərait yaradılması, Sədrəddin Qarayev qızının işlə təmin olunması, Diləfruz Allahverdiyeva kəndin təzə məhlələri adlanan hissəsində içməli su üçün bir ədəd artezian quyusunun qazılması, Bəxtiyar Edilov 35 hektar pay torpaqlarına xidmət edən 1199 reper nömrəli subartezian quyusunun yanmış dərinlik nasosunun təmir edilməsi, Yasəmən Əliyeva yeni tikdirdiyi fərdi yaşayış evinə qaz sayğacı quraşdırılması, yaşadığı küçənin qum-çınqılla təmiri, Aynur Balabəyli yeni tikdirdiyi fərdi yaşayış evinə təbii qaz xətti çəkilməısi və qaz sayğacı quraşdırılması, Reyhan Səlimova kəndin təzə məhlələr adlanan hisəsində küçələrin asfaltlaşdırılması, elektrik enerjisi verilişinin fasiləsizliyinin təmin edilməsi, Əsli Ağayeva birdəfəlik maddi yardım göstərilməsi, Cəyirli kənd sakini Kəmaləddin Qasımov Cəyirli kəndinin aşağı hissəsində 30 hektar pay torpaqlarına xidmət edən 1164 reper nömrəli subartezian quyusunun bərpa edilməsi, Divanlı kənd sakini Kamil Əsədov mağgistral yolun dairəsində yük maşınlarının dayanmasının qarşısının alınması barədə müraciət etmişlər.
Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.