Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Bərdə rayon təşkilatı mayın 5-də rayon Mədəniyyət Mərkəzində “Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirib.

06 may 2023 | 12:07

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini, rayon Şəhidlər xiyabanını, mülki şəhidlərin xatirəsinə salınmış Xatirə lövhəsini ziyarət ediblər.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxış olub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev fenomenal şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər respublikamızın yüksəliş illəridir. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq daim özünü göstərib. Ulu Öndər Azərbaycan dövlətini tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb. Bu məsuliyyətli işin öhdəsindən isə müdrik siyasəti ilə gəlib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olub.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli vurğulayıb ki, Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə Zəfərə aparan yolun əsasını qoyub. Sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa edib.

Çıxış edən Prezident təqaüdçüsü Tərlan Musayeva, Kiyev Milli Aviasiya  Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, hüquq elmləri doktoru Arif Quliyev, təqaüdçü Nizami Quliyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər