Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Müzəffər Ali Baş Komandan Xalq-Ordu birliyi” mövzusunda tədbir keçirilmişdir.

12 aprel 2022 | 08:40

Tədbirə başlamazdan əvvəl Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyulmuşdur.
Mövzu ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü  Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktor vəzifəsinin icraçısı Xosrov Musayev məruzə etmişdir. Bildirmişdir ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır.
Mövzu ətrafında qrup üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, İcra hakimiyyəti aparatında Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov çıxış etmişlər.
Tədbirin yekununda Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin 3-cü kurs tələbəsi Əli Əzizli "Gözün aydın Azərbaycan"  şeirini səsləndirmişdir.

Keçidlər