Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin 100 illiyi münasibətilə Bərdədə “Heydər Əliyev və mədəniyyətimiz” adlı konsert proqramı keçirilib.

05 may 2023 | 17:20
Bərdə şəhər Heydər Əliyev adına park-bulvar kompleksində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və mədəniyyətimiz” adlı konsert proqramı keçirilib. Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, milli musiqi sənətinə vermiş olduğu dəyərdən, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə musiqiçilərə fəxri adların, orden və medalların, mükafatların verilməsi, onların adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyətindən bəhs edilib.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Keçidlər