Hüseynalılar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Hüseynalılar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Hüseynalılar kəndi qazlaşdırılıb, kəndin 9,6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Hacılar-Hüseynalılar-Qaradırnaq kəndlərarası 3 km yol cari təmir edilmiş, qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin olunmuş, 4 km baş suvarma arxı lildən təmizlənmiş, hazırda K-11 suvarma kanalı lildən təmizlənir. 2022-ci ildə 14 qutu ipək qurdu bəsləmiş, 450 kq və ya hər qutudan 32 kq barama təhvil verilmişdir. 2022-ci ildə 182 hektar sahədə pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 618 ton pambıq istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.