İdarə rəisi Bərdə rayonu üzrə Gənclər və İdman sektorunda olub.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov idarənin aidiyyəti rəhbər heyəti ilə birlikdə Regional struktura daxil olan Bərdə rayon Gənclər və İdman sektorunun fəaliyyəti ilə tanış olmaq məqsədi ilə rayonda səfərdə olmuşdur. Səfər çərçivəsində E.Pənahov Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşərək qarşıda duran məsələlər barədə birgə əməkdaşlıq çərçivəsində ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra idarə rəisi yerli sektorun fəaliyyəti ilə tanış olmuş, rayonda yerləşən idman qurğularının vəziyyəti və onlardan səmərəli istifadə, mövcud olan Olimpiya İdman Kompleksinin texniki vəziyyəti təhlil edilmiş, həmçinin rayonun idman ictimaiyyəti və gəncləri ilə görüş keçirilərək onlar tərəfindən səslənən təklif və problemlər barədə ətraflı müzakirə aparılmışdır.