Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Hacallı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

22 iyul 2022 | 15:51
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və İkinci Hacallı kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər İkinci Hacallı kəndi qazlaşdırılıb, kənddə 220 şagird yerlik tam orta məktəb tikilib, kəndin 8 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin içməli su şəbəkəsi tikilib, küçələrdə 8 bulaq və 12 su kranı quraşdırılıb, kənd qəbirstanlığı abadlaşdırılıb, qəbirstanlıq hasarlanmış, qəbirstanlıqda 1 otaq və 2 bulaq tikilib, kənddə 8 ədəd subartezian quyusu qazılıb, 2 subartezian quyusu bərpa olunub, 3,6 km açıq dren-kanal lildən təmizlənib, 2 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib, kənd körpələr evi-uşaq bağçası təmir edilib, kəndi elektrik enerjisi ilə təmin edən Yevlax 35 kV-luq elektrik xətti yenidən qurulub.
2021-ci ildə 85 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 297,5 ton pambıq istehsal edilib, 5 nəfər kümçü 20 qutu ipək qurdu bəsləmiş, 0,8 ton barama təhvil verilmişdir.
2022-ci ildə 60 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 4 nəfər kümçü 12 qutu ipək qurdu bəsləmiş, 0,45 ton barama təhvil verilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İkinci Hacallı kənd sakinləri Afaq Mehralıyeva məskunlaşdığı tikiliyə təbii qaz çəkilməsi, Yaşar Həsənov kənd tam orta məktəbinin 0,5 km yolunun asfaltlaşdırılması, Nəzər Həsənov əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Tərtər çayından gələn suyun artırılması, Vəli Alıyev 1031 reper nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Elşən Quliyev məişət tullantılarının toplanması üçün yer düzəldilməsi, Türkan Məmtiyeva kənd tam orta məktəbində xadimə işi ilə təmin olunması, Xankişi Salmanov fərdi yaşayış evinin yaxınlığında qəzalı vəziyyətdə olan 10 kV luq elektrik dirəyinin dəyişdirilməsi, Vüqar Cahangirov və Asəf Quliyev özünüməşğulluq proqramı çərçivəsində xırda buynuzlu heyvan verilməsi, Yunis Əhmədov icarəsinə əkin üçün torpaq sahəsi verilməsi, Maarif Cəfərov 1213 reper nömrəli subartezian quyusunun təmir üçün çıxarılmış dərinlik nasosunun qaytarılıb yerinə qoyulması, Mahmud Məhərrəmov 740 reper nömrəli subartezian quyusunun məhsuldarlığının az olması, Qabil Babayev məskunlaşdığı tikintiyə qaz çəkilməsi, Mütəllim Rüstəmov 885 reper nömrəli subartezian quyusunun bərpa edilməsi, Muxtar Ağayev yaşadığı küçədə 4 fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Müzəffər Mustafayev oğluna Vətən müharibəsi veteranı statusunun verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər