Şriftin ölçüsü :

Saytın rəngi :

İmamqulubəyli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

05 aprel 2023 | 12:31
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və İmamqulubəyli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, kənddə 20 şagird yerlik modul tipli ibtidai məktəb tikilib, kənddaxili 5 km yollar AzKİL layihəsi çərçivəsində qum-çınqılla əsaslı təmir edilib, Zümürxan-İmamqulubəyli-Çəmənli kəndlərarası yol qum-çınqılla təmir edilib və ildə 2-3 dəfə qreyderlə hamarlanır, 2022-ci ildə kəndin ərazisində 1 km açıq dren-kanal, 0,6 km təsərrüfatdaxili kanallar lildən təmizlənib, kəndin telefon rabitəsi kabelləşdirilib, kəndin ərazisində suvarma üçün 1ədəd subartezian quyusu bərpa edilib.
2022-ci ildə 15 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 52,5 ton pambıq istehsal edilmişdir. İnzibati ərazi dairəsində 2 nəfər kümçü 7 qutu barama götürüb saxlamış, hər qutudan 35 kq olmaqla 245 kq barama istehsal edilmişdir. 2023-cü ildə 15 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 8 nəfər fermer pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlanmış, sahələr şumlanmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İsa Qaraşov İmamqulubəyli kəndinin “Qobunun üstü” adlanan ərazisində yerləşən 594 reper nömrəli subartezian quyusunun kalonunun bərpa edilməsi, Nazim Əliyev Zümürxan kəndi ərazisində 28 ha ərazidə pay torpaqlarının suvarılmasına xidmət edən 507 reper nömrəli subartezian quyusundan suyun çıxışı üçün əlavə 5 metr uzunluqda su borusunun verilməsi, Elmir Səlimov İmamqulubəyli kəndində özünə məxsus fərdi yaşayış evinin yaxınlığından keçən 0,4 Kv-luq elektrik xəttinin 30 metr hissəsinin qəzalı olduğu, Hidayət Novruzov İnzibati ərazi dairəsinin Çəmənli kəndində internetin sürətinin aşağı olması, Beyrək Kərimov maddi vəziyyəti çətin olduğu üçün Ünvanlı Dövlət Sosial Yardım almasına köməklik göstərilməsi, Azər Nəsibov İnzibati ərazi dairəsinin Çəmənli kəndində yerləşən 635 reper nömrəli subartezian quyusunun dərinlik nasosunun bərpa edilməsi, Şahbuz İsayev Vətən müharibəsinin iştirakçısı olan oğlunun İmamqulubəyli kəndində yeni tikdirdiyi fərdi yaşayış evinə təbii qaz çəkilməsi, Elçin Hüseynov oğluna Dövlət Məşğulluq Xidməti tərəfindən çilingər avadanlığı verilməsi, Akif Qasımov İmamqulubəyli kəndinin kənarından keçən 0,4 Kv-luq elektrik xəttinin 80 metr hissəsinin qəzalı olduğu barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər