Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində Bərdə rayonuna səfəri baş tutub

12 may 2023 | 12:47
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinə start verib.“Technest” Təqaüd Proqramı çərçivəsində Azərbaycanın 60 regionuna ediləcək səfərlərdə bölgələrdə yaşayan İKT həvəskarları, eyni zamanda bu sahədə çalışan, tədris alan gənclərlərlə görüş keçirilir.
11 may 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində növbəti səfər Bərdə rayonuna olub. “Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub. Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri Fərəh Əhmədova, eyni zamanda “AE Camp” tədris mərkəzinin təsisçisi Elşad Ağazadə, “İngress” tədris mərkəzinin təsisçisi Ruslan Ramazanov yer alıb.
Səfər çərçivəsində İRİA nümayəndə heyəti və Bərdə Rayon İcra Hakimiyyəti arasında görüş baş tutub. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışıb. Görüşdə region məktəblərində tədris alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə atıla biləcək addımlar müzakirə olunub.
Keçidlər