Kətəlparaq kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Qəbulda rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kətəlparaq kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə müzəffər Azərbaycan Respublikasının Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən, azad edilmiş rayonlarda həyata keçirilən layihələrdən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kətəlparaq kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Kətəlparaq, Piyadalar və Qurdlar kəndləri qazlaşdırılıb, kəndlərin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb,
İnzibati ərazi dairəsinin Kətəlparaq kəndində rayonun 18 kəndinə xidmət edən qazpaylayıcı stansiya tikiib, Kətəlparaq-Piyadalar-Soğanverdilər-Əmirli yolu, 6,2 km uzunluqda Soğanverdilər-Piyadalar yolu, Kətəlparaq kəndinin 2 km baş yolu, hər 3 kəndin daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Kətəlparaq kənd ATS-nə optik kabel çəkilib və ərazinin bütün kəndlərinə internet rabitəsi verilib, ərazidə suvarma üçün 10 ədəd, o cümlədən Kətəlparaq kənsində 5 ədəd, Piyadalar kəndində 4 ədəd, Qurdlar kəndində 1 ədəd subartezian quyusu qazılıb, Kətəlparaq kəndində 1 su keçidi yenidən qurulub, 2 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib, Kətəlparaq kəndinin giriş qapısı tikilib, Piyadalar kəndinin ad göstəricisi əsaslı təmir edilib, Kətəlparaq kəndində suvarma kanallları lildən təmizlənib.
2021-ci ildə kənddə 295 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 32.5 sentner olmaqla 958 ton pambıq tədarük edilmiş, 7 nəfər kümçü 17 qutu barama götürüb saxlamış, hər qutudan 42.4 kq olmaqla 721 kq barama istehsal etmişdir. 2021-ci ildə kənddə 1500 ədəd tut tingi əkilmişdir.
2022-ci ildə ərazidə 170 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda səpin aparılır, 20 qutu barama bəslənməsi nəzərdə tutulmuşdur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kətəlparaq kənd sakinləri İmanverdi Məmmədov 50 hektar sahədə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Telman Rzayev Kətəlparaq kəndində körpələr evi-uşaq bağçasının yaradılması, Zərnigar Quliyeva evinə gələn 220 metr 0,4 kv-luq elektrik xəttinin yenilənməsi, Qurdlar kənd sakinləri Kamil Abdullayev kəndin telefon rabitəsinin yaxşılaşdırılması və internetin sürətinin artırılması, Sahib Şəfiyev ailəsinə özünəməşğulluqla bağlı mal-heyvan verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.