Şriftin ölçüsü :

Saytın rəngi :

Köbərkənd kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

14 iyun 2023 | 11:47

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Köbərkənd kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

2015-ci ildə kənd qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi təmir edilib, 6 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib, 0,5 km açıq dren kanallar lildən təmizlənib, 850 ədəd yerli tut tingi əkilib.

2022-ci ildə kənddə 14,5 hektar sahədə pambıq əkilmiş, hər hektardan 36 sentner olmaqla 52,2 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə 3,8 hektar sahədə pambıq əkilmiş, 2 nəfər kümçü 6 qutu barama götürmüş, hər qutudan 35 kq olmaqla 70 kq barama təhvil verilmiş, hazırda yığım davam etdirilir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İnzibati ərazi dairəsinin Köbərkənd kənd sakinləri Rafiq Göyüşov kəndin ərazisində olan 2 ədəd 100 kv-luq elektrik güc transformatorunun texniki normaya gətirilməsi, Ələsgər Mehdiyev kənddaxili 1,5 km uzunluqda olan suvarma arxlarının lildən təmizlənməsi, Müzəffər Hüseynov kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Qənbər Mehdiyev Vətən müharibəsinin iştirakçısı olan oğlunun işlə təmin olunması, Ceyhun Rəsulov Yuxarı-Qarabağ kanalından kəndi suvarma suyu ilə təmin edən su çıxışlarının texniki normaya gətirilməsi, İldırım Abdullayev kəndin girişindəki elektrik güc transformatoruna elektrik ayırıcısı qoyulması, Mirzəxan-Qaraqoyunlu kənd sakinləri Müşfiq Əhmədov əkin sahələrinin suvarılmasında çətinlik olduğu üçün Yuxarı-Qarabağ kanalından kəndi suvarma suyu ilə təmin edən su nasoslarının fasiləsiz işləməsinin təmin edilməsi, Bəhruz Məmişov özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən 20 mm-lik təbii qaz boru xəttinin 21 metr uzunluqda olan hissəsinin texniki normaya gətirilməsi, Həsənli kənd sakini Azər Yusifov özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən 20 mm-lik təbii qaz boru xəttinin 1,5 metr uzunluqda olan hissəsinin texniki normaya gətirilməsi, barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Keçidlər