Şriftin ölçüsü :

Saytın rəngi :

Kolayır kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

30 aprel 2022 | 11:48

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən,  ölkəmizin ərazi bütövlüyünün təminindən, işğaldan azad olunmuş ərazilərrdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, həmçinin rayonumuzda, o cümlədən Kolayır kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.
Gülgəzli kəndində elektron ATS-ə optik kabel çəkilərək inzibati ərazi dairəsinin kəndlərinə sürətli internet verilmiş,  Kolayır və Mollaisalar kəndlərində içməli su şəbəkəsi tikilmiş, evlərə içməli su verilmiş, kəndin ərazisindən keçən suvarma arxının 7 km hissəsi lildən təmizlənmiş, Mollaisalar, Mollaəhmədli və Gülgəzli kəndlərinin 22 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, Kolayır kənd inzibati ərazi dairəsinin kəndlərini də əhatə edən 15,5 km kəndlərarası avtomobil yolu yenidən qurulub və asfaltlaşdırılıb, əhatə etdiyi 5 kəndinin hamısı qazlaşdırılıb, kəndlərarası yolun kənarlarında 6 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, Molaisalar və Mollaəhmədli kənd qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 1,1 km hasar tikilmiş, 3 darvaza əsaslı təmir edilmiş, 2 talvar, içməli su üçün 2 ədəd çən quraşdırılmış, 1 ədəd bulaq inşa edilmiş, Kolayır kəndində süd qəbulu məntəqəsi və 200 şagird yerlik Mollaisalar kənd tam orta məktəbi tikilmiş, Mollaəhmədli və Gülgəzli kəndlərində su qülləsi quraşdırılmış, küçələrdə bulaqlar tikilmiş, Kolayır kəndində məskunlaşmış 8 ailə üçün 0,45 km məsafədən içməli su çəkilmiş. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Kolayır kənd inzibati ərazi dairəsində fermerlərə güzəştli şərtlərlə 27 ailəyə südlük istiqamətli cins heyvan satılmış, kəndlərin ərazisində yol kənarlarında 1700 ədəd ağac əkilmişdir.
2021-ci ildə kənddə 55 qutu barama bəslənmiş, hər qutudan orta hesabla 50,2 kq olmaqla 2200 kq barama istehsal edilmiş, 164 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 492 ton məhsul istehsal edilmişdir. 2022-ci ildə 127 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış və artıq səpin başa çatdırılmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kolayır kənd sakinləri Şahin Qurbanov inzibati ərazi dairəsinin kəndlərinin 0.4 kv-luq elektrik xətlərinin kabelləşdirilməsi, Telman Məmmədov su arxında suyun artırılması, Pənah Mənafov Kolayır kəndində içməli su çəninin təmir edilməsi, Baloğlan Babayev həyətyanı torpaq sahəsi verilməsi, Mürsəl Hüseynov evinin elektrik kabelinin dəyişdirilməsi, Səkinə Məmmədova birdəfəlik maddi yardım göstərilməsi, Gülgəzli kənd sakini Vilayət Məmmədov suvarma suyunun az olması, Sərkarlar kənd sakini Fərhad Hüseynov evinə gələn yolun hamarlanması, Oqtay Qasımov icarəsinə torpaq sahəsi verilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər