Şriftin ölçüsü :

Saytın rəngi :

Lək kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

20 dekabr 2023 | 18:00
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Lək kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, suvarma üçün 1 ədəd artezian quyusu qazılıb istifadəyə verilmiş, Şəhid Asif Abışov adına bulaq tikilmiş, kəndin 3,8 km baş yolu asfaltlanmış, kənd qəbrstanlığının girişində bulaq yaradılmış, 17 yerdə su kranı qoyulmuş, müxtəlif növ gül və yolka ağacları əkilmiş, kəndə optik kabelli internet və telefon xətti çəkilmişdir.
2022-ci ildə 7 hektar sahədə pambıq əkilmiş hər hektardan 40 sentner olmaqla 28 ton pambıq istehsal edilmişdir. 1 kümçü tərəfindən 2 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 34,1 kq olmaqla 68,2 kq barama istehsal edilmişdir. 2023-cü ildə 35 hektar sahədə pambıq əkilmiş, hazırda yığım davam etdirilir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Əmrah Məmmədov Azərbaycan Milli Konservatoriyasını bitirdiyini bildirərək, işlə təmin olunması, 74 şagird yerlik Lək kənd ibtidai məktəbin direktoru Sayalı Məmmədova məktəbin istilik-kombi sisteminin yerinin dəyişdirilməsi, Bəhrəm Süleymanov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmasına baxmayaraq müharibə veteranı adı və statusunun verilməməsi, Yaşar Mahmudov və Amil Kərimov Ünvanlı Dövlət Sosial Yardımı ala bilmədikləri üçün köməklik göstərilməsi, Qaradəmirçi kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gülbikə Mahmudova təhsil xərclərinin ödənilməsinə köməklik göstərilməsi, Sərdar Məmmədov Bərdə-Alpout yolunun kəndin ərazisindən keçən hissəsində Qaradəmirçi kənd tam orta məktəbin qarşısında piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzarət kamerasının quraşdırılması, Nürəddin Musayev işlə təmin olunması barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər