Lənbəran kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Lənbəran kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər Lənbəran kəndi qazlaşdırılıb, kəndin 22 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin elektrik şəbəkəsi yenidən qurulub, kəndin 8 km baş yolu yenidən qurulub və asfaltlaşdırılıb, kəndin ərazisində 3 ədəd körpü yenidən qurulmuşdur, baş və təsərrüfatdaxili 30 km arxlar həmçinin 6 km açıq dren kanalllar lildən təmizlənmiş, içməli su üçün 3 ədəd artezian quyusu qazılıb istifadəyə verilmişdir.
2021-ci ildə 85 qutu ipək qurdu bəsləmiş, 2720 kq və ya hər qutudan 32 kq barama təhvil verilmişdir. 2022-ci ildə 67 qutu ipək qurdu bəsləmiş, 2680 kq və ya hər qutudan 40 kq barama təhvil verilmişdir. 2022-ci ildə 1077 hektar sahədə pambıq əkilmiş, hər hektardan 31 sentner olmaqla 3338,7 ton pambıq istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.