Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 13-də Bərdə rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi haqqında Sərəncamına əsasən “Milli memarlıq və müasir Şəhərsalma ” adlı tədbir keçirilmişdir

13 may 2026 | 17:33

Tədbirin məqsədi milli memarlıq ənənələrinin təbliği, şəhərsalma sahəsində görülən işlərin diqqətə çatdırılması və tarixi-mədəni irsin qorunmasının vacibliyi barədə maarifləndirmə aparmaq olmuşdur.
Əvvəlcə mövzuya həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə Mərkəzin direktoru Arifət Əhmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə geniş quruculuq işləri aparılmış, milli memarlıq ənənələrinin qorunmasına xüsusi önəm verilmişdir. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən abadlıq və yenidənqurma layihələrinin ölkəmizin müasir simasının formalaşmasına böyük töhfə verdiyi qeyd olunmuşdur.
Bərdə Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti sektorunun aparıcı məsləhətçisi Vüqar Məmmədov şəhərsalma sahəsində aparılan yenidənqurma və quruculuq işləri, müasir infrastruktur layihələri haqqında məlumat vermişdir. Qarabağ Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi Ülvi Hacıyev tarixi abidələrin turizmin inkişafındakı rolundan danışmış, memarlıq nümunələrinin ölkəmizin mədəni irsinin ayrılmaz hissəsi olduğunu qeyd etmişdir.
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Səxavət Hüseynov isə memarlıq və tikinti sahəsində peşə təhsilinin əhəmiyyətindən, gənclərin bu sahəyə marağının artırılmasının vacibliyindən söz açmışdır.

Keçidlər