Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 27-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası keçirilib.

30 may 2023 | 11:06
Ölkə üzrə baş tutan bu qanvermə aksiyasında
Gənclər və idman Nazirliyinin rəhbərliyi və kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Mərkəzi Qan Bankının Bərdə regional bölməsində Bərdə gəncləri, idmançıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tibbi müayinədən keçən 23 nəfərdən qan götürülmüşdür.
Qanvermə eyni zamanda
Bakı Biznes Mərkəzində və Mərkəzi Qan Bankının digər region bölmələrində (Gəncə, Şəki, Mingəçevir, Şirvan, Quba, Sumqayıt və Lənkəran) keçirilib.
Aksiyada 500-ə yaxın donor qan verib.
Keçidlər