Mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümüdür.
28 may 2025 | 11:22
Bu münasibətlə 27 may 2025-ci il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində "Gələcəyə İşıq Tutan Tarix” adlı tədbir keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Qasımov,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov,Bərdə Mədəniyyət Sarayının kollektivi və Bərdə Dövlət Peşə Hazırlığı Mərkəzinin müəllim- tələbə kollektivi və 1 saylı Körpələr Evi-uşaq bağçasının balacaları iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Cümhuriyyət qurucularımızın müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra bağçanın balaca fidanlarının şeir kompozisiyası qonaqlara təqdim olunub.
Tədbirdə milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğu qeyd olunub.Eləcə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyi və dövlətçiliyimizin möhkəmləndirildiyi bildirilib.Qeyd olunub ki,
bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.