Mayın 7-də Bərdə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Dünya siyasi elitasının ən uca zirvəsi – Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Mərkəzin direktoru Arifət Əhmədova, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Zöhrab Zöhrabbəyov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun müdiri Aydın Qasımov, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Kifayət Əhmədova və Bərdə regional “Asan Xidmət”mərkəzinin Könüllülərlə iş sektorunun rəhbəri Şamxal Yaqubov çıxış etmişlər.
Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs olunmuş, Ümummilli Liderin zəngin siyasi irsinin müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyi vurğulanmışdır. Tədbir iştirakçıları tərəfindən Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fikirlər səsləndirilmiş, onun dövlətçilik ideyalarının gələcək nəsillər üçün örnək olduğu qeyd olunmuşdur.






