Mehdixanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mehdixanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər kəndin 1,6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 0,5 km açıq dren kanallar lildən lildən təmizlənib, Mehdixanlı kəndinin 0,4 kv-luq elektrik xətlərinin təqribən 40 faizi kabelləşdirilib, Mehdixanlı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina ayrılıb və təmir edilib, Mehdixanlı kənd tam orta məktəbin dam ortüyü tam təmir olunub, 2017-ci ildə Yeni Daşkənd-Umudalılar yolu tikilib, Mehdixanlı kəndi də həmin yoldan istifadə edir. 2022-ci ildə 1 nəfər kümçü 6 qutu ipək qurdu bəsləmiş, 280 kq və ya hər qutudan 46 kq barama təhvil verilmişdir. 2022-ci ildə 2 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 7 ton pambıq istehsal edilib. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.