Şriftin ölçüsü :

Saytın rəngi :

Məşədiibişli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

06 sentyabr 2023 | 14:41
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Məşədiibişli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, Mollalı-Yerli Ağalı-Məşədiibşli kəndlərarası yolun 4,5 km uzunluqda olan hissəsi qum-çınqılla əsaslı təmir edilib, Məşədiibişli kəndinə gedən su arxları 13 km lildən təmizlənib, Elm və Təhsil Nazirliyi tərəfindən Məşədiibişli kəndində 2023-cü ildə modul tipli ibtidai məktəb tikilib istifadəyə verilib.
2022-ci ildə kənddə 50 hektar sahədə pambıq əkilmiş, hər hektardan 32 sentner olmaqla 160 ton pambıq istehsal edilib. 2023-cü ildə isə 40 hektar sahədə pambıq əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Həmid Məmmədov həyətyanı sahəsini suvarmaq üçün istifadə etdiyi 60 metr uzunluqda suvarma arxının qonşusu tərəfindən qarşısının kəsildiyi, Məzahir Ələsgərov kəndə elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün ərazidə olan yaşıllığın budanması, Seymur Hüseynov Məşədiibişli kəndinin ərazisində örüş-otlaq sahəsi üçün torpaq sahəsinin ayrılması, Faiq Kərimov Çələbilər kəndi ilə Məşədiibişli kəndləri arasında şor kanalının üstündə salınmış 12 metr uzunluqda körpünün qəzalı olduğu üçün təmir olunması, Fəxrəddin Nuriyev həyətyanı torpaq sahəsi verilməsi, Novruz İsmayılov 5 km uzunluqda Mollalı və Məşədiibişli kəndlərarası avtomobil yoluna asfalt örtüyün salınması, Firdovsi Hüseynov kəndin 3 təsərrüfatdan ibarət fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün həyətyanı sahələrin düzgün sərhədlərinin müəyyənləşdirilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər