Mirzalıbəyli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mirzalıbəyli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər Mirzalıbəyli kəndi qazlaşdırılıb, 220 şagird yerlik yeni məktəb tikilib, kənddaxili 4 km yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin 1 km baş yolu asfaltlaşdırılıb, 0,2 km açıq dren kanal lildən təmizlənib, 1 ədəd su keçidi yenidən qurulub, kəndin ərazisində 5 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, suvarma üçün 3 ədəd subartezian quyusu qazılıb kəndin ərazisindən keçən avtomobil yolunun kənarında 410 ədəd ağac əkilib, kənd müntəzəm məişət tullantılarından təmizlənir. 2021-ci ildə 50 hektar sahədə pambıq əkilmiş, hər hektardan 43 sentner olmaqla 215 ton pambıq istehsal edilmişdir. 6 kümçü tərəfindən 8 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 30 kq olmaqla 240 kq barama istehsal edilmişdir. 2022-ci ildə 77 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, hazırda 3-cü kompleks becərmə aparılır, 4 nəfər kümçü 8 qutu ipək qurdu bəsləmiş, 248 kq barama təhvil verilmişdir. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mirzalıbəyli kənd sakinləri Şahlar Mirzəyev ləğv edilmiş Mirzalıbəyli kənd poçt şöbəsinin bərpa edilməsi, Mərdan Abdullayev Mirzalıbəyli kəndinin mərkəzində olan 160 kv-luq transformatorun dəmir tora alınması, Eyvaz Nəsirov Mirzalıbəyli kəndində içməli su üçün 1 ədəd artezain quyusunun qazılması, Xəqani Qasımov Həmkəndlisi tərəfindən əkin sahəsinin suvarılmasına maneçilik göstərilməsi və Kür çayının yaxınlığında olan 16 hektar sahəyə xidmət edən nasosun məhsuldarlığının aşağı olması, Cəmil Fətəliyev kəndin baş tərəfində balansdan silinmiş subartezian quyusunun bərpa edilməsi, Natiq Fətəliyev kəndə sərnişin marşurutunun açılması və kəndin ərazisində olan 5 km uzunluqda açıq dren kanalın lildən təmizlənməsi, Firuz Vəliyev kəndin elektrik aşağı gərginlikli elektrik xətlərinin kabelləşdirilməsinin başa çatdırılması, 6 ədəd elektrik dirəyinin texniki normaya gətirilməsi, Pərişan Nərimanova məskunlaşdığı torpaq sahəsində fərdi yaşayış evi tikməsi üçün həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi, Qaraməmmədli kənd sakini Rəhim Quliyev kəndin ərazisində qrunt sularının səviyyəsinin yüksəlməsi barədə müraciət etmişlər. Qaldırılan məsələlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri aparılan tikinti-abadlıq işlərinə, pambıqçılığın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.