Şriftin ölçüsü :

Saytın rəngi :

Mollaisalar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

23 noyabr 2022 | 14:13

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mollaisalar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər Mollaisalar kəndi qazlaşdırılıb, kəndin 5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, Mollaisalar kəndinin sakinlərinin də istifadə etdiyi  kəndlərarası 15,5 km avtomobil yol tikilib və asfaltlaşdırılıb, kənd qəbirstanlıqlarında abadlıq işləri aparılmış, 0,5 km hasar tikilmiş, 2 darvaza əsaslı təmir edilmiş, 1 talvar tikilmiş, 2 ədəd su qülləsi quraşdırılmış, evlərə su çəkilmiş, 0,5 km açıq dren-kanal lildən təmizlənib, Mollaisalar kənd tam orta məktəbi tikilib, ərazidə olan 5 ədəd xidmət obyekti müasir memarlıq üslubunda yenidən qurulub. 2021-ci ildə 210 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 735 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 7 qutu ipək qurdu bəsləmiş, hər qutudan 37 kq olmaqla 259 kq barama təhvil verilmiş, 2022-ci ildə 200 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, indiyədək 100 tondan çox pambıq istehsal edilmiş, pambıq yığımı davam edir, 2 kümçü tərəfindən 8 qutu ipək qurdu bəslənmiş, hər qutudan 25 kq olmaqla 200 kq barama təhvil verilmişdir.Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mollaisalar kənd sakinləri İsrafil Balakişiyev kənddə körpələr evi-uşaq baxçasının tikilməsi, Surxay Rüstəmov Mollaisalar kənd tam orta məktəbinin həyətindən keçən 0,4 kv-luq elektrik xəttinin və xəttin bağlandığı 3 ədəd elektrik dirəyinin texniki normaya  gətirilməsi, İntizar Balakişiyeva Bərdə regional Meşə Təsərrüfatı müəssisəsindən ixtisara düşmüş qardaşının işlə təmin edilməsi, Famil Sarıyev Otuzikilər-Mollaisalar kəndlərarası yolda nəqliyyat vasitələrinin sürətinin azaldılması üçün tramplin qoyulması, Namiq Abduləzimov Mollaisalar kənd tam orta məktəbində əlavə sinif otaqlarının tikilməsi, Sərkarlar kənd sakini Vətən müharibəsi qazisi Tural Əsədzadə icarəsinə əkinə yararlı torpaq sahəsinin verilməsi barədə müraciət etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər