Oktyabrın 12-də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirildi
14 oktyabr 2022 | 17:43
Görüş Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Layihənin rəhbəri Səməd Hətəmov layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri– Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirmiş, layihənin məqsədi ilə bağlı görüş iştirakçılarını məlumatlandırmış, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, müharibə dövründəki milli həmrəyliklə bağlı geniş məruzə etmişdir.
Sonra Bərdə RİH-nin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, müəllim, QHT sədri Aydın Zeynalov çıxış edərək düşmən təxribatından, zəfəri qazanmaqda Ordu və Xalq həmrəyliyinin əhəmiyyətindən, Ali Baş Komandanın gördüyü işlərdən, ordu quruculuğundan, bugünkü gəncliyin üzərinə düşən vəzifələrdən danışmışlar.
Daha sonra söz Vətən müharibəsinin
iştirakçısı, kapitan, politoloq, layihənin eksperti Taleh Əliyevə verildi. Taleh Əliyev keçdiyi döyüş yolundan, Xalq-ordu həmrəyliyindən, xalqın orduya dəstəyi, qələbəni şərtləndirən əsas amillər, dövlətin daha da qüdrətlənməsi üçün gəncliyin üzərinə düşən vəzifələrlə bağlı çıxış etdi.
Görüşün gedişində tələbələrə mövzu ilə bağlı hazırlanmış buklet paylandı.
Çıxışlardan sonra layihə çərçivəsində hazırlnmış “Zəfərdən zəfərə” filmi nümayiş olundu. Çıxışlar və film tələbələrin marağına səbəb oldu.
Sonda layihə rəhbəri Səməd Hətəmov görüşün təşkilinə görə Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinə təşəkkürünü bildirmişdir.