Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 24-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş konfrans keçirib

25 oktyabr 2022 | 08:32
Konfransdan öncə iştirakçılardan bir qrupu xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Bərdə Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları və Vətən müharibəsi dövründə Ermənistan Ordusunun Bərdəyə atdığı Smerc tipli raket nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsinə yaradılmış guşə ziyarət olunmuş, önünə tər güllər düzülərək ehtiramla yad edilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda Ulu öndər Heydər Əliyevin və
Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.
Şəhər 3 saylı tam orta məktəbin şagirdləri "Yeni Azərbaycan Partiyasıdır!" şeiri ilə konfrans iştirakçılarını salamlamışlar.
Konfransda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə rayon təşkilatının çoxminli üzvlərini, bütün yeni azərbaycanlıları təbrik edərək ətraflı məruzə etmişdir. O, məruzəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli yol keçdiyini, Partiyamızın sədri, müzəffər Ali Baş Komandan, qalib Prezident cənab İlham Əliyevin rəhbərliyi altında addım- addım, pillə-pillə xalqımızın və dövlətimizin ali məram və məqsədinin uğurla həyata keçirildiyini, əldə etdiyi qələbələri, torpaqlarımızın işğaldan azad edilməsi ilə qazanılan böyük Zəfərlə ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimiz bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin ən gözəl təzahürüdür. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev bildirmişdir ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, qalib Prezident cənab İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə və dünyanın önəmli təşkilatlarının söz sahibinə çevrilib. Xalqımız planetar düşüncəli rəhbərinə inanır, onu dəstəkləyir və onun ətrafında dəmir yumruq kimi birləşir.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Komitə sədri Tahir Mirkişili çıxış edərək bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı və inamlı siyasi istinadgah yeridir.
YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında xalqımızın öz gələcəyinin parlaq olacağını məhz Ulu öndər Heydər Əliyev ideyalarına və siyasi yoluna sədaqətdə gördüklərini və bu ideyaların əbədi böyük zəfərlərə yol açdığını xüsusi önə çəkmişdir.
Millət vəkili Fatma Yıldırım çıxış edərək bildirmişdir ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Vətən müharibəsində əldə edilən qələbə ilə özünün ən böyük məramını - torpaqlarımızın ərazi bütövlüyünü təmin etdi.
Konfransda "Azərbaycan Bayrağı" ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirmişdir ki, torpaqlarımızın işğaldan azad edilməsi Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir. Bu gün biz YAP üzvləri ilə bir ailə kimiyik. Bərdədə şəhid analarından bir qrupu Yeni Azərbaycan Partiyasının yeni üzvüdür və biz də üzv olmaq üçün müraciət etmişik. Şəhid oğullarımızın qanını yerdə qoymayan və bizi əsl böyük Qələbəyə aparan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sədr olduğu bir partiyanın üzvü olmaq bizim üçün də şərəfdir.
YAP Bərdə rayon təşkilatının ilk üzvü Aydın Qasımov çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyində Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün həmin inkişaf strategiyası cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətində öz bəhrələrini verir. Ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
Konfransdan sonra YAP idarə Heyətinin üzvü, Milli Məclisdə Komitə sədri Tahir Mirkişili başda olmaqla YAP nümayəndə heyəti "Azərbaycan bayrağı" ordenli şəhid Xudayar Yusifzadənin ailəsində olmuşlar.
Keçidlər