Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Heydər Əliyev Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda tədbir keçirilmişdir
05 mart 2026 | 16:30
Tədbir iştirakçıları çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın hüquqlarının qorunması və qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs etmişlər.
Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və sosial layihələr sahəsində gördüyü işlərdən danışılmış, onun təşəbbüslərinin qadınların cəmiyyətdə rolunun güclənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verdiyi vurğulanmışdır.
Sonda tədbir iştirakçıkarı qadınların cəmiyyətin inkişafındakı mühüm rolunu qeyd etmiş və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etmişlər.






