Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilmişdir.

10 dekabr 2025 | 16:15

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktoru Arifət Əhmədova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov və digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı tarixi rolunu vurğulamışlar. Sonda Ulu Öndərin həyat və fəaliyyətinə dair qısa film nümayiş etdirilmişdir.

Keçidlər