Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə dünya şöhrətli oftalmoloq alim, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın 101 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

29 aprel 2024 | 09:43
Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseydə təşkil edilən tədbirdə rayonun təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət, media nümayəndələri, məktəb-liseyin müəllim və şagirdləri, həmçinin digər qonaqlar iştirak etmişdirlər.
Tədbir iştirakçıları öncə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoydular. Daha sonra iştirakçılar Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış oldular, şagirdlərin ifasında nümunəvi çıxışlara tamaşa etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin anılması və Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya, Bərdə Rayonu üzrə Təhsil sektorunun müdiri Qurban Məmmədov, Bərdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Yaman Cəfərov, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Teymur Mustafayev və Əməkdar müəllim Püstə Mehdiyeva çıxış edərək Zərifə xanım Əliyevanın həyatı, fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat verdilər.
Sonda şagirdlərin ifasında görkəmli alim Zərifə xanım Əliyevaya həsr edilmiş şer və mahnılar ifa edildi,kompozisiya nümayiş etdirildi.
Keçidlər