Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

15 iyul 2022 | 09:16

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin məqsədinin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qaradağlı kəındində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Qaradağlı kəndi qazlaşdırılıb, kəndin 0,4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub və elektrik xətləri kabelləşdirilib, abonentlər SMART tipli sayğaclarla təmin olunub,  3 km uzunluqda kənddaxili 3 küçə asfaltlaşdırılıb, kənddaxili 6 km yollar qum-çınqılla əsaslı təmir edilib, suvarma suyu üçün 2 ədəd subartezian quyusu qazılıb, kəndin ərazisindən keçən magistral avtomobil yolunun kənarları abadlaşdırılmış, ərazidə yaşıllıq zolağı salınmış, gecə işıqlandırılması verilmiş, mövcud 10 xidmət obyekti  müasir memarlıq üslubunda yenidən qurulmuş, GPON texnologiyası əsasında  kəndin telefon və internet şəbəkəsi  tikilmiş, kəndin məişət tullantılarının rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən yığılıb daşınması təşkil edilmiş, kəndin ərazisində ümumi sahəsi 0,24  hektar olan şəhidlər xiyabınında abadlıq işləri görülmüş, əraziyə tamet örtüyü döşənmiş, içməli su çəkilmiş, ziyarətçilərin rahatlığı üçün oturacaqlar qoyulmuş, istirahət köşkü yaradılmış, hazırda xiyabanın giriş qapısının yenidən qurulması və istinad məhəccərləri quraşdırılması üçün tədbirlər görülür.

2021-ci ildə ərazidə 120 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 360 ton pambıq, 2 kümçü tərəfindən 8  qutu ipək qurdu  bəslənilənərək 325 kq barama istehsal edilmişdir.

2022-ci ildə 118 hektar sahədə pambıq əkilmiş, artıq 3-cü becərmə aparılır, 1 kümçü tərəfindən  2 qutu ipək qurdu bəslənilərək 85 kq barama istehsal edilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Qaradağlı kənd sakinləri Dilbari Rüstəmova 30 hektar pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Fəridə Hüseynova 719 reper nömrəli subartezian quyusunun dərinlik nasosunun yanması nəticəsində içməli su təminatında problemlər yasranması, Mehman Ağayev 3 hektar pay torpağının suvarılmasına köməklik göstərilməsi və internetin sürətinin az olması, Xosrov Şirinov özünəməşğulluq proqramı çərçivəsində mal-qara verilməsi, Elmir Məmmədov işıqforun işinə nəzarətin gücləndirilməsi, Elbrus Aslanov 1,5 hektar pay torpağının suvarılmasına köməklik göstərilməsi, Mətanət Rüstəmova həyətinin qarşısında olan 3 sot torpağın adına sənədləşdirilməsi barədə müraciət etmişlər.

Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə  Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər