Şriftin ölçüsü :

Saytın rəngi :

Qarağacı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

07 iyun 2023 | 12:47
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qarağacı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illər kənd qazlaşdırılıb, Mirzəcəfərli-Qarağacı-Mollagüllər kəndlərarası yolu tam astaltlanıb, aztəminatlı ailələrə maddi yardım verilib, Qarağacı kənd körpələr evi-uşaq bağçasının dam örtüyü təmir olunub, kəndin bir hissəsində içməli su şəbəkəsi tikilib, kənd qəbirstanlığı abadlaşdırılıb, Şəhid ailələri və müharibə veteranlarının həyətləri qum-çınqılla təmir edilib, 10 km açıq dren kanallar lildən təmizlənib, 2 ticarət obyekti yenidən qurulub, 5 fərdi yaşayış evi tikilmişdir.
2022-ci ildə kənddə 88 hektar sahədə pambıq əkilmiş, hər hektardan 35 sentner olmaqla 308 ton pambıq istehsal edilmişdir. 3 nəfər kümçü 12 qutu barama götürmüş, hər qutudan 32 kq olmaqla 384 kq barama təhvil verilmişdir. 2023-cü ildə 75 hektar sahədə pambıq əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nazim Nəbiyev Vətən müharibəsinin iştirakçısı olan oğluna həyətyanı torpaq sahəsinin verilməsi, Murad Süleymanov gəlininin işlə təmin olunması, İnzibati ərazi dairəsinin Mirzəcəfərli kənd həkim məntəqəsinin baş həkimi Xəyalə Manafova məntəqənin əsaslı təmir olunması, Nuranə Seyidova 390 şagird yerlik Qarağacı kənd tam orta məktəbin binasının qəzalı vəziyyətdə olduğu üçün əsaslı təmir olunması, Afiq Muradov Qarağacı kəndində özünə məxsus fərdi yaşayış evinin yaxınlığından keçən 0,4 Kv-luq elektrik xəttinin 200 metr hissəsinin qəzalı olduğu üçün texniki normaya gətirilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər