Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraməmmədli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

28 sentyabr 2023 | 17:55
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qaraməmmədli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.
Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 4 km yollar qum-çınqılla əsaslı təmir edilib, Qarabağ kanalının üstündə 1 ədəd körpü cari təmir edilib, təsərrüfatdaxili 1,5 km arxlar lildən təmizlənib.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Əhliman Hümbətov Qaraməmmədli kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Arzu Əliyeva kəndin girişində yerləşən balans mənsubiyyəti olmayan subartezian quyusunun bərpa edilməsi, Əkrəm Əliyev kəndin mərkəzində yerləşən 2 nömrəli subartezian quyusuna elektrik sayğacı quraşdırılması, Möhübbət Abdullayev kəndin ərazisində 1,7 km uzunluqda dren kanalların lildən təmizlənməsi, Ceyran Məmmədova övladına kəndin ərazisində fərdi ev ikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması, Arif Hümbətov icarəsinə əkinə yararlı torpaq sahəsi verilməsi, Zabil Abbasov həyat yoldaşının pensiyasından qanunsuz vəsait tutulduğu barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Keçidlər