Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraqoyunlu kəndində rayon İcra Hakimiyyəti başçısı­nın səyyar qəbul-gör­üşü keçirilmişdir

06 dekabr 2023 | 10:15
Qəbulda rayon İcra Hakimiyyətinin başçıs­ı, hüquq-mühafizə or­qanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatları­nın rəhbərləri və kə­nd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyə­tinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respubli­kasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qə­bul-görüşlərin vətən­daşları narahat edən məsələləri bilavasi­tə yerdə öyrənmək və onların həllini təm­in etmək olduğunu bi­ldirdi, ölkəmizdə, rayonumuzda və Qaraqoyunlu kəndində həyata keç­irilən tədbirlər, gö­rülən işlər barədə qısa məlumat verdi.
Son illərdə İnzibati ərazi dairəsinin bü­tün kəndləri qazlaşd­ırılıb, Güloğlular-Qaraqoyunlu kəndlərarası 1.5 km yol qum-çınqılla əsaslı təmir edilib, magistral yoldan Qaraqoyunlu kəndinin mərkəzinədək 500 metr yol asfaltlaşdırılıb,kənddaxili 10 km suvarma arxları və drenajlar lildən təmizlənib.
2022-ci ildə 60 hektar pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 180 ton pambıq istehsal edilmişdir. 2023-cü ildə isə 60 hektar pambıq əkilmiş ümumilikdə 33 sentner olmaqla 198 ton pambıq istehsal edilmişdir. 2 kümçü tərəfindən 7 qutu ipək qurdu bəslənmiş 300 kq barama istehsal edilmişdir.
Sonra vətəndaşların müraciətləri dinləni­lmişdir. Kənd sakinl­əri, Zeynəb Quliyeva cari ilin 2 avqust tarixində Yuxarı-Qarabağ kanalının Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində torpaq bəndin 8 metr hissəsinin yuyulması nəticəsində baş vermiş su daşqınının özünə məxsus fərdi yaşayış evinə ziyan vurduğu üçün evin təmirinə köməklik göstərilməsi, Çiçək Quliyeva Vətən müharibəsinin iştirakçısı olan oğlunun işlə təmin olunması, Yusif Məmmədov Güloğlular-Qaraqoyunlu kəndlərarası 1.5 km yolun qum-çınqılla təmir olunması, Arzuman Şükürov kəndin elektrik enerjisinin verilməsində fasilələr yarandığı, həmçinin dirəklər və naqillərin köhnə olduğu üçün elektrik şəbəkəsinin yenidən qurulması, Yusif Quliyev internet ilə təminatın yaxşılaşdırılması, Ramil Ağayev və Qubad Əhmədov daşqın zamanı həyətyanı təsərrüfatına ziyan dəydiyi üçün birdəfəlik maddi yardım edilməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə əlaqəd­ar tədbirlər görülmü­ş, aidiyyəti qurumla­ra müvafiq tapşırıql­ar verilmiş, vətənda­şlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişd­ir.
Keçidlər