Qarayusifli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Qarayusifli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib, kənddaxili 6,5 km yol qum-çınqılla əsaslı təmir edilib, kənddə elektrik və qaz xətləri texniki normaya gətirilib, ərazidə abadlıq işləri aparılıb, təsərrüfatdaxili 13,3 km arxlar lildən təmizlənib, Qarayusifli kənd əsas məktəbi cari təmir edilib, mülki şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı keçirilib, kənddə su qülləsi quraşdırılb, küçələrə 4.2 km su xətləri çəkilib, 8 bulaq tikilərək istifadəyə verilib. 2023-cü ildə kənddə 40 hektar sahədə pambıq əkilmiş, hazırda yığım davam etdirilir. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri, Səfiyar Xurşudov kəndin “Yuxarı oba” adlanan ərazisində 120 hektar pay torpaqlarının suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, Əşrəf Kərimov Qarayusifli kəndinin 1,5 km uzunluqda daxili suvarma kanallarının lildən təmizlənməsi və özünə məxsus fərdi yaşayış evinin həyətində elektrik sayğacının yerinin dəyişdirilməsi, Arif Əkbərov Qarayusifli kəndinin 1,5 km uzunluqda baş yolunun asfaltlaşdırılması, Vidadi İsgəndərov kəndin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün elektrik şəbəkəsinin yenidən qurulması, Bərdə terrorunun şəhidi Ehtiram İsmayılovun atası 1980-cı ildə tikilmiş istismara yararsız vəziyyətdə olan 300 şagird yerlik Qarayusifli kənd tam orta məktəbinin yenidən tikilməsi və kəndin ərazisində elektrik gərginliyinin aşağı olması səbəbindən mövcud 1 ədəd 160 Kv-luq elektrik güc transformatorunun daha güclü transformatorla əvəz olunması, Səməd Cəfərov özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən 10 kv-luq elektrik xəttinin yerinin dəyişdirilməsi barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.